Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb

13:33 06.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.

Hafta.az xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola salıb.