Prezident Syerra-Leone dövlət başçısını təbrik edib

10:51 27.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioyni təbrik edib.

Hafta.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram".