Prezident və birinci xanım Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib

13:40 12.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib.

Hafta.az-ın məlumatına görə, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.

Qeyd edək ki, Ç.Qacar bu gün 92 yaşında vəfat edib.