Prezidentin səfəri bütün dünyaya bir mesajdır - MİLLƏT VƏKİLİ

15:43 11.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Qarabağın dilbər güşəsinə və ölkəmizin ən qiymətli parçalarından biri olan torpaqlarımıza səfər etməkdədir. Bu səfərin məhz 10 may tarixində olması xüsusi əhəmiyyət kəsb edir”. Bu sözləri hafta.az-a millət vəkili Ramil Həsən bildirib.

Onun sözlərinə görə, cənab Prezidentin Şuşada etdiyi çıxışda da dediyi kimi Ümummilli Liderimiz, dahi şəxsiyyətin təməlini atmış olduğu bu torpaqların düşməndən azad etmək üçün qurulmuş milli ideologiya məhz Heydər Əliyevin dövründə geniş vüsət alaraq inkişaf etdi: “Füzulidə beynəlxlaq hava limanının fəaliyyət göstərməsi, Füzulinin Qarabağın giriş qapısı adlandırılmasına səbəb oldu. Həmçinin Böyük Qayıdışla bağlı aparılan bütün tədbirlər eyni zamanda da Füzulidə də həyata keçirilir. 10 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində cənab Prezidentin və Mehriban xanım Əliyevanın Füzuliyə səfər etməsi bütün dünyaya bir mesajdır. Bu kimi səfərlər Qarabağımızın günü-gündən gözəlləşməsinə səbəb olur”.