Prokurorluq xadimənin dəhşətli ölümü ilə bağlı MƏLUMAT YAYDI

09:55 29.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluq xadimənin əçtəkən mikserə düşərək ölməsilə bağlı məlumat yyaıb.

 

Qurumdan hafta.az-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb.

 

"Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir", - rəsmi məlumatda bildirilib.