Yazını böyüt
Yazını kiçilt
Rusiyada psixoloqlar xəstələri müayinə üçün ödənişləri 20-30 faiz artırıblar. “Mash” portalı artımı yazda yaşanan narahatlıq və qeyri-müəyyənliyin artması ilə izah edir.
Hafta.az-ın yazdığına görə, böyük şəhərlərdə tələbat olan mütəxəssislər üçün seans haqları 10 min rubla (107 dollar) qədər artıb. Kiçik şəhərlərdə seans haqqı 3500 ilə 5000 rubl arasında dəyişir.
Bildirilir ki, mart ayında xəstələr daha çox gələcəklə bağlı narahatlıqları ilə psixoloqlara müraciət ediblər. Digər görkəmli terapiya mövzuları münasibətlər, karyera, valideynlərlə münasibətlərdir.