Rusiya prezidenti Vladimir Putin Britaniya hakimiyyətinə Baltik dənizi vasitəsilə Böyük Britaniyaya qaz kəməri çəkməyi təklif edib. Bu barədə BBC məxfiliyi ləğv edilmiş arxiv sənədlərinə istinadən xəbər verir.
Məqalədə deyilir: “Putin qazı Böyük Britaniyaya çatdırmaq üçün Baltik dənizi üzərindən qaz kəmərinin çəkilməsi layihəsini təklif edib.
Bu təklif 2000-ci illərin əvvəllərində, Toni Bleyer Britaniyanın baş naziri olduğu bir vaxtda irəli sürülüb.
Bundan əvvəl dərc olunmuş sənədlərdən məlum olub ki, Rusiya prezidenti Vladimir Putin 2000-ci illərdə Britaniyanın keçmiş baş naziri Toni Bleyrə NATO-nun rəqibi sayılmaq istəmədiyini deyib.
Eyni zamanda, Tony Blair özü də Putindən “rus vətənpərvəri” kimi danışıb, Putini Qərb dəyərlərini qəbul etməyə təşviq etməyin çox vacib olduğuna inanıb.