Erməni suyasətçilər Soçidə üçtərəfli görüşün yekunu ilə bağlı bəyanatdan, ümumiyyətlə müzakirələrin tonundan narazı qalıblar. Xüsusilə də, Ermənistanın revanşist kəsimi. Hansı ki, görüşdən əvvəl "Qarabağa müstəqillik" adı ilə müxtəlif təxribatlara əl ataraq xeli canfəşanlıq edirdilər.
"Soçi görüşünün yekun bəyanatı məyusedicidir". Bu barədə Ermənistanın keçmiş hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Telegram kanalında yazır.
“Görüşdən əvvəl siyasi və informasiya axınlarında Dağlıq Qarabağın müəyyən subyektivliyi ilə bağlı fikirlər intensiv şəkildə dolaşsa da, bəyanatın mətnində Dağlıq Qarabağdan bəhs edilmir. Hətta Rusiya sülhməramlılarının missiyasına aid olan hissədə də Qarabağ coğrafi baxımdan belə qeyd olunmur. Əvəzində “onun (missiyanın) yerləşdirildiyi yerdə” ifadəsi işlədilir.
Rusiya prezidenti bəyanat layihəsinin bəzi hissələrinin çıxarıldığına eyham vurub. Təbii ki, mətnin ilkin variantını görmək maraqlı olardı, lakin fakt faktlığında qalır. Görünür, Azərbaycan mətndən Dağlıq Qarabağa istinadları çıxara bilib. Və ümumiyyətlə, belə bir sənəddə 1991-ci il Alma-Ata Bəyannaməsinin qeyd edilməsi anlaşılmazdır".