Yazını böyüt
Yazını kiçilt
İyulun 8-də Rusiya prezidenti Vladimir Putin yanacaq-energetika kompleksini müzakirə etmək üçün hökumətin üzvləri ilə videokonfrans vasitəsilə növbəti görüş keçirəcək.
Hafta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
"Putin iyulun 8-də Rusiya Federasiyası hökumətinin üzvləri ilə videokonfrans vasitəsilə növbəti görüş keçirəcək. Görüşün əsas mövzusu yanacaq-energetika kompleksindəki vəziyyətin müzakirəsi olacaq. Baş nazirin müavini Novak və “Qazprom”un sədr müavini Miller təqdimatlarla çıxış edəcək".