Putin qələbə paradı keçirəcək

15:10 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Moskvada hərbi parad keçiriləcək.

Hafta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hərbi parad Qırmızı Meydanda təşkil olunacaq.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Böyük Vətən Müharibəsindəki qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradın məşqi mayın 7-də, hərbi paradın özü isə mayın 9-da keçiriləcək.