Putin Volkovu geri çağırır, QARABAĞA ONU GÖNDƏRİR

15:17 25.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva Rusiya sülhməramlılarının Qarabağdakı komandiri Aleksandr Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib.

Ermənistan KİV-i xəbər verir ki, general-polkovnik rütbəli yeni komandir “təcrübəli hərbçi, Rusiya müharibələrinin iştirakçısı Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınıb”. İddialara görə, o, Rusiya Müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir və uzun illər onunla çalışıb.

Volkovun artıq getməyə hazırlaşdığı da bildirilir. Yeni komandirin yaxın günlərdə gələcəyi gözlənilir.

Siyasət rubrikasından digər xəbərlər