Putindən "Qarabağ" açıqlaması

16:13 31.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı bildirib ki, Dağlıq Qarabağda münaqişə uzun illərdir davam edir, ona son qoyulmalıdır.

"Bu münaqişə onilliklərdir ki, davam edir, ona görə də biz nə vaxtsa ona son qoymalıyıq. Biz bununla razıyıq", - Rusiya dövlətinin başçısı bildirib.

Putin ümid edir ki, Ermənistan və Azərbaycan liderləri ilə keçiriləcək üçtərəfli sammitdə Dağlıq Qarabağda nizamlanmaya doğru addımlar atılacaq. "Bilirəm ki, sizin bunun üçün siyasi iradəniz var və biz bunu hər cür dəstəkləyirik. Biz indi sizinlə işləməliyik, sonra üçtərəfli formatda irəliləməyimizə imkan verəcək əsas məqamları tapmalıyıq", - Rusiya prezident bildirib.