Putinin növbəti hədəfi məlum oldu - SIRADA O ÖLKƏDİR

18:40 01.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə davam edərkən Kremlin idarə etdiyi telekanalda ultimatum tipli xəbərdarlıq edilib. Verilişlə bağlı fikir bildirən Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından Vladimir Avatko Qərbin Ukraynaya hərbi yardımını vurğulayaraq, bu səbəbdən başqa bir ölkənin hədəfə alına biləcəyini bildirib.

Hafta.az bildirir ki, Rusiya prezidenti Vladimir Putinin əmri ilə fevralın 24-də başlayan müharibə son vaxtlar Ukraynanın şərq vilayətlərində daha da şiddətlənib.

Ukrayna qoşunları ölkənin müdafiəsini davam etdirərkən Rusiyadan dünyanı ayağa qaldıran açıqlamalar gəlib.

“Rossiya-1” telekanalında Kremlin komandanlığı ilə yayımlanan proqramda Rusiyanın Ukraynadan sonra növbəti hədəfi açıqlanıb.

Daily Beast-in “Kremlin televiziyası Putinin növbəti hədəfi olan ölkəni adlandırdı” başlıqlı xəbərinə görə, rusiyalı jurnalistlər Ukraynaya silah yardımının hücuma haqq qazandırdığını ifadə edərək, Ukrayna ilə həmsərhəd olan Polşaya işarə ediblər.

NATO üzvü olan Polşa Ukraynanın qərbində yerləşən Ukraynaya yardımın əsas bazasıdır.
Bu vəziyyətə diqqət çəkən Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasından Vladimir Avatko “Putinin sözlərini xatırlamaq lazımdır. “Xüsusi hərbi əməliyyata müdaxilə etməyə cəhd edən hər kəs bunun əvəzini ağır ödəyəcək.

Avatkonun bu sözləri Polşaya açıq təhdid kimi şərh edilib.

Putinin müharibədə ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramzan Kadırov bu yaxınlarda Polşanı işğal zamanı Ukraynaya verdiyi dəstəyə görə qisas almaqla hədələyib.

Kadırov Polşaya "6 saniyəyə nə edə biləcəyimizi sizə göstərəcəyik" deyib.

Bir çox ekspertlər Rusiyanın Polşanı birbaşa hədəfə almasının müharibənin gedişatını dəyişəcəyi qənaətindədir.

NATO dəfələrlə bəyan edib ki, Rusiya ittifaqın üzvü olan ölkəyə hücum edərsə, tədbir görəcək.
Kremlin nəzarətində olan media qurumları bundan əvvəl də dəfələrlə Polşanı təhdid etmişdilər.
Buna görə də regiondakı ittifaq ölkələrini, xüsusən də Polşanı gücləndirən NATO “ən pis vəziyyətə” qarşı şərq cinahını gücləndirir.

Təkcə NATO deyil, ABŞ da regiona kifayət qədər hərbi dəstək verir. Yanvar ayından etibarən Şərqi Avropaya gələn ABŞ qoşunlarının əsas istiqaməti Polşa olub.

Fevralın əvvəlində Polşa və Almaniyaya 2000 hərbçi göndərdikdən sonra Vaşinqton Polşaya 101-ci Hava Desant Diviziyası da daxil olmaqla 3000 əlavə hərbçi yerləşdirdi.