Qadın 17 min manatlıq dələduzluq edib

11:37 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda qadın dələduzluqda şübhəli bilinir.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfərin 17000 manat vəsaitini dələduzluq yolu ilə öz hesabına ödətdirməkdə şübhəli bilinən 36 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.