Qadın voleybol millimiz Rusiya yığmasına uduzub

23:22 22.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 22-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya birgə ev sahibliyi edir. Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur.

Komandamız qrupda üçüncü oyununu Rusiya yığmasına qarşı keçirib. Görüş Rusiya yığmasının 3:0 (25:16, 25:17, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz avqustun 24-də Serbiya, ertəsi gün isə Fransa ilə qarşılaşacaq.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq.