Qanunsuz ov edən şəxs saxlanılıb

13:42 15.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Füzuli Ağayev saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.