Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

11:40 31.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 10 tüfəng, 1 patron darağı və 15 patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.