Qarabağ İqtisadi rayonu Ağdamdan idarə olunacaq - Zülfü Qasımov

16:07 03.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ölkədə yeni idarəetmə modelinə keçid məsələsi yenidən gündəmə gəlib. Məsələ xüsusilə 14 iqtisadi zonanın yaradılması və Qarabağ iqtisadi zonasına Prezidentin xüsusi nümayəndəsinin təyinatından sonra daha çox aktuallaşıb. Artıq yaxın zamanlarda ölkədə yeni idarəetmə modelinə keçid, bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunması, əvəzində 14 iqtisadi rayon üzrə 14 regional icra başçısının təyin ediləcəyi proqnozlaşdırılır.

Əslində vəziyyət nədir, iqtisadi zonalar üzrə Prezidentin nümayəndəsinin təyinatı hansı islahatların başlanğıcıdır?

Ağdam rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmuş, hazırda Ağdam YAP təşkilatıında aparat rəhbəri olan Zülfü Qasımov məlum proselərlə bağlı maraqlı nüanslara diqqət çəkib.

 Z.Qasımov icra hakimiyyətlərinin ləğv olunacağını böyük ehtimala mümükün sayıb. O, bunu son vaxtlar icra hakimiyyətləri ilə bağlı yayılan neqativlər və bu istiqamətdə verilən şərhlərə istinadən deyib.

“Son zamanlar, İcra Hakimiyyətlərində  korrupsiya və rüşvətxorluq hallarının üzə çıxdığı deyilir. Məlumdur ki, icra hakimlərinin bir çoxu həbs edilib və bir çoxunun özünü doğrultmağıdı haqda danışılır”. 

Z.Qasımov hesab edir ki, belə bir vəziyyətdə Emin Hüseynovun Qarabağ iqtisadi zonasında Prezidentin xüsusi nümayəndəsinin təyin olunmasının yeniliyə aparacağına şübhə etmir. 

“Emin Hüseynov Ağdama nümayəndə təyin olunandan sonra burda xeyli işlər gördü.  Onun əlaqələri genişdir və Qarabağ regionunda nəzarətin ona verilməsi öz müsbət nəticəsini verəcək. Şuşa ona görə bura daxil deyil ki, Şuşaya artıq nümayəndə təyin olunub”. 

Axırıncı dəfə Ağdama 20 gün qabaq getdiyini deyən Z.Qasımov rayonu yaxşı tanıyan, əksər proseslərdə iştirak edən bir şəxs kimi öz təcrübələrini əsirgəmədiyini deyib. O, bildirib ki, hazırda Ağdamda böyük bir mərkəz qurulur və orda ofislərin mebelləri quraşdırılır.

“Sənaye Parkında kimlər işləyəcəksə hazırda onlar üçün şərait yaradılır- artezan qurulur, vaqonlardan ofislər düzəldilir. Əgər əvvəl 33 müəssisə və 333 iş yerinin olacağı deyirdilərsə, bu yaxınlarda qeyd olundu ki, təkcə 3 müəssisədə 110 nəfər işləyəcək. Sənaye Parkında 7-8 min adam işləyəcək. Sənaye Parkında heç bir tikinti işinə başlamayıblar. Əsasən tikinti yollarda aparılır. Orda işçilər üçün kürsülü 4 yaşayış evi tikilib. Qeyd etdiyim kimi əsas iş Qərərgahın nümayəndəliyinin yarandığı yerdə gedir”.

 Z.Qasomov dedi ki, torpağın canlanması, bərpası yönündə işlər gedir. Məsələn, Dağüstü Parkda böyük zeytun bağı salınıb.  125 hektar parkda ağaclar əkilib. Bundan başqa Sənaye Parkında yeniş yaşıllıqlar salınıb.

Z.Qasımov hesab edir ki, İndiki zamanda ən böyük məsələ adamlarla işin düzgün qurulmasıdır.

“Bilirsiz ki, həftədə 2 dəfə  Ağdamın köhnə adamları ora səfər edirlər. Həm onları, həm də xaricdən gələn adamları qarşılamaq lazımdır. Emin Hüseynovun üstünlüyü həm də odur ki, ingilis, fransız, rus, türk Azərbaycan dillərini gözəl bilir. Beynəlxalq əlaqələri yaxşıdır və xarici şirkətlərlə əməkdaşlıqlar qurur. Artıq 12 xarici şirkətlə müqavilə bağlanıldığı deyilir. Amma hələ tikinti başlamayıb”.

Z.Qasımov bildirib ki, Qarabağ iqtisadi zonasının mərkəzi ofisi Ağdamda qurulur. Qarabağ İqtisadi rayonu Ağdamdan idarə olunacaq.  

Yeni nümayəndəliyin əsasnaməsi ilə tanış olmadığını deyən Z.Qasımov xüsusi nümayəndəliyin hələlik işğadan azad olunmuş rayonlar üzrə təyin olduğunu deyib. O, bildirib ki, Ağdam rayonun bir tərəfinə prezidentin nümayəndəsi qarışmır, digər bir tərəfinə də  icra başçısı.  Və orda aparılan hər hansı iş Prezidentin nümayəndəsinin razılığı olmadan mümkün deyil. “Xüsusi nümayəndəlik Ağdam camaatı ilə çox yaxşı əlaqələr qurur”.

Oxunma sayı 58