Rusiya hərbiçilərinin müvəqqəti nəzarətində olan Qarabağın bir hissəsində fəaliyyət göstərən separatçı rejim növbəti təxribata əl atmaqdadır.
Hafta.az erməni mediasına istinadla bildirir ki, bu dəfə separatçılar yenidən rus kartını işə salaraq Azərbaycanın qarşısına süni əngəllər yaratmağa çalışırlar.
Belə ki, qondarma rejimin rəhbəri Arayik Arutyunyan sözdə "rus icması" və onun "rəhbəri" Aleksandr Bordovla görüşüb.
Qarabağdakı "rus icmasının" həyatına toxunan Arutyunyan onun daim "dövlətin diqqət mərkəzində olduğunu" qeyd edib. Bildirilib ki, Azərbaycanın qanuni ərazilərində saxta yolla rus dilinə "rəsmi status" verildikdən sonra burada "Rus Mədəniyyəti Evlərinin açılması, onların lazımi əmlak və avadanlıqla təchiz edilməsi, o cümlədən rus dilini populyarlaşdırmaq və öyrənmək üçün müxtəlif mədəniyyət proqramlarının həyata keçirilməsi" planlaşdırılır.