Qaxda 20 yaşlı gənci ilan sancdı

16:47 23.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 22-də 2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ çiyin nahiyəsindən ilan sancması səbəbi ilə Qax rayonunda 2 doza ilan zəhəri əleyhinə zərdab vurulmaqla ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Hafta.az xəbər verir ki, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şöbədə xəstəyə zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Hazırda xəstənin vəziyyəti ağır-stabildir, müsbət dinamika müşahidə olunur.