Yazını böyüt
Yazını kiçilt
Qazax rayonunda yol qəzası baş verib.
Trend xəbər verir ki, hadisə rayonunun Abbasbəyli kəndi ərazisində baş verib. nəticəsində həyatını itirən şəxslərin adları məlum olub.
Qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev ölüb.
Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.