Qazaxıstan Avropanın A-400 hərbi-nəqliyyat təyyarəsini alacaq

12:34 29.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Hərbi Hava Qüvvələri tezliklə Avropa hərbi-nəqliyyat təyyarəsi Airbus A-400M Atla-nı alacaq. “İnterfaks-Qazaxıstan” xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaləddinov məlumat verib.

Bu, Qazaxıstan hərbi idarəsinin 2021-ci ildə sifariş etdiyi iki maşından birincisidir. Dəqiq çatdırılma tarixləri məlum deyil.

Əvvəlcə təyyarənin 2024-cü ildə Qazaxıstan Hərbi Hava Qüvvələrinə daxil olacağı gözlənilirdi.
Ölkənin Hərbi Hava Qüvvələrində artıq 8 Airbus C-295M təyyarəsi var, daha biri isə Respublika Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti tərəfindən alınıb.