Qazaxıstan Prezidenti Rusiyaya səfər edib

21:38 27.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.

Hafta.az xəbər verir ki, o, sabah rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Tokayev prezident seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya edib.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində Tokayev 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan Prezidentinin andiçmə mərasimi olub.