Qazaxıstanda koronavirusa yoluxanların sayı min nəfərə yaxınlaşır

11:47 13.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda yeni növ koronavirusa daha 10 nəfər yoluxub.

Hafta.az-ın "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Qızılorda vilayətində (1), Almatı (7) və Nur-Sultan (2) şəhərlərində qeydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 961 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (253) və Almatı (172) şəhərlərində qeydə alınıb.

Qeyd edək ki, Qazaxıstanda yeni növ koronavirusdan 10 nəfər ölüb, 64 nəfər isə sağalıb.