Qazsızmadan 3 nəfər həlak oldu

14:48 02.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın İsfahan vilayətinin eyniadlı rayonunun Həsənabad şəhərində yerləşən bir mağarada qaz nəticəsində 3 nəfər həlak olub.

Bunu İranın İsfahan rayonunun hüquq-mühafizə orqanının polis rəisi polkovnik Məhəmməd Rza Xudadust deyib.

M.Xudadustun sözlərinə görə, hadisə ötən gecə 00:30-da baş verib.

Polis rəisi əlavə edib ki, mağaradakı 4 nəfərdən birinin həyatını xilas etmək mümkün olub.

 

Həlak olanların meyitləri aidiyyəti üzrə təhvil verilib.