Qırğızıstan-Tacikistan sərhədində atışma, ölən var

22:58 27.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan-Tacikistan sərhədində atışma zamanı ölüb Tacikistanın 5 vətəndaşı yaralanıb, biri ölüb. Yaralananlar yerli xəstəxanaya çatdırlıb.

Hafta.az xəbər verir ki, bu haqda Tacikistanın " ASIA-Plus" media-qrupu bildirib.

Məlumatda qeyd edilib ki, Qırğızıstan tərəfdən atılan mərminin evinə düşməsi nəticəsində rayonun Somoniyon kənd sakini ölüb:

"Münaqişə zamanı yaralananların sayı beş nəfərə çatıb: iki hərbçi və üç mülki şəxs".

Yaralananların vəziyyətinin stabil olduğu bildirilib.

Oxunma sayı 27