Qırğızıstanda koronavirusa yoluxan tibb işçilərinin sayı artıb

12:11 12.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 24 saat ərzində Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 38 nəfər artaraq 377-yə çatıb.

Hafta.az Qırğızıstan Respublika Qərargahına istinadla xəbər verir ki, virusa yeni yoluxanların 12-si tibb işçiləridir. Beləliklə tibb personalından virusa yoluxanların sayı 63-ə çatıb.

Bildirilir ki, indiyədək 5 adam dünyasını dəyişib, 44 xəstə sağalaraq evə buraxılıb, ağır vəziyyət olan 11 xəstədən 5-i reanimasiya şöbəsindədir.