Qış Olimpiya Oyunlarında ilk yarışlara start verildi

16:44 02.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin paytaxtı Pekində Qış Olimpiya Oyunları çərçivəsində ilk yarışlar start götürüb.

Hafta.az-ın məlumatına, yarışlara ilk olaraq körlinq üzrə qarışıq cütlüklər başlayıb.

Bakı vaxtı ilə saat 16:05-də İsveç-Böyük Britaniya, Avstraliya-ABŞ, Norveç-Çexiya, Çin-İsveçrə matçları başlayıb.

Bu gün eyni zamanda kirşə idmanında rəsmi məşqlər keçirilir.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasimı fevralın 4-də baş tutacaq. Yarışlar fevralın 20-dək davam edəcək.

Azərbaycanı Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarında kişilər arasında Vladimir Litvintsev, qadınlar arasında Yekaterina Ryabova təmsil edəcək.