Qızıl bahalaşıb

17:48 10.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Hafta.az-ın məlumatına görə, fevralın 10-da qızılın qiyməti fevralın 7-i ilə müqayisədə 10,931 manat artaraq 1 unsiya üçün 2672,1365 manat təşkil edib.

Gümüş 0,1025 manat ucuzlaşaraq 1 unsiya üçün 30,1469 manata bərabər olub.

Platinin qiyməti 19,754 manat artaraq 1653,7515 manat, palladiumun qiyməti 7,3185 manat azalaraq 3954,336 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.