Qonaqlardan bahalı hədiyyələr istəyən gəlin BİABIR OLDU

16:52 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəlin namizədi toyuna gələcək qonaqlardan gətirələcək hədiyyələrə ən azı 400 dollar xərcləmələrini istəyib.

Hafta.az Daily Mail qəzetinə istinadən xəbər verir ki, gəlinin bu addımı onun sosial şəbəkələrdə biabır olması ilə nəticələnib. Belə ki, o, Facubook səhifəsində istədiyi hədiyyələrin siyahısını qoyub. Onların arasında Gucci və Louis Vuitton kimi brendlərin malları, həmçinin "adambaşı minimum 400 dollar verilsin" sözü yazılıb. 

Qızın statusuna yüzlərlə şərh yazılıb. Bir çoxları onu eqoist adlandırıb. "Ümid edirəm bəy artıq ondan qaça bilib", "Bəlkə bəri başdan onlara boşanma sənədi hazırlayaq" kimi şərhlər diqqət çəkib. Bir çox qonaqlar isə toyda xanıma ancaq açıqca hədiyyə edəcəklərini yazıblar.

Oxunma sayı 6508