Qubada 11 yaşlı uşağı maşın vuraraq öldürüb

15:31 14.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az apa-ya istindən xəbər verir ki, "Qazel" markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.