Qubada avtomobil ağaca çırpılıb, 1 nəfər ölüb

09:24 13.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, "Hyundai" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, sürücü ağır xəsarətlər alıb.