Qvatemalada koronavirusdan ilk ölüm halı qeydə alınıb

12:02 16.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qvatemalada COVİD-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Uqo Monroy deyib.

Onun sözlərinə görə, dünyasını dəyişən xəstə 85 yaşlı kişi olub.

Nazir qeyd edib ki, o, martın 6-sı Qvatemalaya İspaniyadan gəlib.

Qeyd edək ki, Qvatemalada koronavirusa ilk yoluxma halı martın 13-ü qeydə alınıb.