Ramazan ayında əhalidən içməli suya görə rüsum alınmayacaq

10:55 05.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son 3 ildir Ramazan ayı boyunca və bayram günlərində içməli suyu əhaliyə pulsuz verən Amasya Bələdiyyəsinin sədri Məhmət Sarı, bu yolla vətəndaşlara az da olsa iqtisadi yardım etmək istədiyini deyib.

Hafta.az-ın yazdığına görə, bələdiyyə sədri bildirib ki, Ramazan ayı boyunca Amasyadakı 45584 evdə istifadə edilən suya görə rüsum toplanılmayacaq.

Bu arada, qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Bahçalının fevral ayında "suyun qiymətini ucuzlaşdırmaq" haqda çağırışlarından sonra, əvvəllər bütün hər yerdə tonu 1,2 lirəyə satılan su, məhz bələdiyyə sədri Məhmət Sarının təşəbbüsü ilə Amasyada tonu 1 lirəyə endirilib. Bununla da Amasya Türkiyədə suyun ən ucuz olduğu şəhər sayılır.

Gümüşlü məhəlləsinin muhtarı Asuman Topuz da deyib ki, siyun havayı olması hər bir kəs kimi, onu da çox sevindirir.

Məhəllə sakini Gültən Kılınç da bələdiyyə sədrinə ağız dolusu alqışlar edib, suyu Ramazan ayı boyunca havayı işlətdikləri üçün çox sevindiklərini nəzərə çatdırıb.

Hatuniyyə məhəlləsinin sakini Haticə Lap isə qeyd edib ki, ölkənin bütün bələdiyyələri Amasyadan nümunə götürməli, öz insanlarına belə bir bayram hədiyyəsi etməlidirlər.