Yazını böyüt
Yazını kiçilt
Bu il Azərbayanda Ramazan ayı təqviminin İran yox Türkiyə təqvimi ilə hesablanması təsadüfən başqa bir şey deyil.
Bu barədə Hafta.az-a açıqlama verən Heydər Məscidinin axundu, ilahiyyatçı Hacı Rüfət Qarayev bildirib. Onun sözlərinə görə, müqəddəs ayın başlaması ölkəmizdə Şamaxı Rəsədxanasından verilən məlumata əsasən təyin edilir:
“Belə fərqliliklər hər zaman olub. Ölkəmizdə hər il Şamaxı Rəsədxanasından verilən məlumat əsas götürülür. Tarixin İranla yox, Türkiyə ilə üst-üstə düşməsi isə sadəcə təsadüfdür”.
Xatırladaq ki, təqvimə əsasən ölkəmizə Ramazan ayı aprelin 2-i daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək.