Ramin Bayramlı "Turkovac” vaksininin sınaqlarının 3-cü mərhələsi ilə bağlı məsləhətləşmələr keçirib

12:41 26.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı Türkiyə Səhiyyə İnstitutları Komitəsinin rəhbəri Erhan Akdoğanla görüşüb.

Hafta.az-ın məlumatına görə, bu barədə E.Akdoğan öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunub ki, görüş zamanı koronavirusa qarşı yerli "Turkovac" vaksininin sınaqlarının 3-cü mərhələsi ilə bağlı məsləhətləşmələr keçirilib.