Roma Papasından Messiyə hədiyyə

22:29 24.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi Katolik kilsəsinin Lion yeparxiyasının rəhbəri Emmanuel Qobilyardan hədiyyə alıb.

“Qafqazinfo” xəbər verir ki, argentinalı hücumçuya Roma Papası Fransiskin imzası olan köynək hədiyyə edilib. Qobilyar bu barədə öz Tvitter hesabında məlumat yayıb: 

“Bu gün Lionel Messiyə Papa Fransisin imzası olan ilk rəsmi Vatikan köynəyini verdim. Messi mömindir və o, mənə bu jestin onun üçün nə qədər vacib olduğunu söylədi. Biz birlikdə dua etdik”.

Oxunma sayı 18