Rus kişilər işləyən qadınlarla evlənməyə üstünlük verirlər

11:10 19.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan bir araşdırmaya görə, rus kişilərinin 80 faizi qadınların işlə təmin olunmasının onlar üçün daha cəlbedici olduğunu düşünür.

Hafta.az-ın yazdığına görə, internetdə min nəfərin iştirakı ilə keçirilən sorğu göstərib ki, rus kişilərin 80 faizi gəlir səviyyəsindən asılı olmayaraq partnyorlarının işləməsinin vacib olduğunu deyir.

Araşdırmaya görə, kişilərin yalnız 7 faizi qadının qazancına diqqət yetirərkən, 13 faizi isə partnyorunun gəlirinin önəmli olmadığını düşünür.

Eyni zamanda kişilərin 68 faizi və qadınların 70 faizi münasibətlərdə maddi yükü daha çox kişinin üzərinə götürməsi ilə razılaşır. Kişilərin yalnız 28 faizi xərcləri bərabər şəkildə bölüşməyə, 59 faizi isə yalnız əsas xərclər üçün bunu etməyə hazırdır.

Qadınların 87 faizi potensial partnyorlarının gəlirlərinə önəm verir. Rusiyalı qadınların 13 faizi kişinin qazanc səviyyəsinə əhəmiyyət vermir və hər on qadından biri maddi yardım istəməməyi üstün tutur.

Araşdırmada həmçinin məlum olub ki, kişilərin yarısı sevgililəri üçün aylıq 20-50 min rubl, 30 faiz isə 50-100 min rubl ayırmağa hazırdır. Qadınların 80 faizi tərəfdaş üçün ayda 5-20 min rubl xərcləməyə hazır olduqlarını bildirib.

Kişilərin qadının gəlir səviyyəsini onun xarici görünüşünə, daşınmaz əmlakına, avtomobilinə və markalı mallarına görə müəyyən etməsi diqqətçəkən olsa da, qadınlar kişinin maddi vəziyyətini ailəsini dolandırmaq qabiliyyətinə və gəlir səviyyəsinə görə qiymətləndirirlər.

Oxunma sayı 26