Rus kontingentinin ərazilərimizdə qalmasının hər saniyəsi əleyhimizədir - Açıqlama

17:22 01.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mən bir neçə dəfə də bildirmişəm ki, onlar sülhməramlı deyil. Əvvəla, gəlin görək Qarabağda müvəqqəti yerləşən rus hərbi kontingentinə “sülhməramlı” mandatını kim verib. Sülhməramlı mandatı adətən BMT tərəfindən verilir.

Bu fikirləri hafta.az-a millət vəkili Elman Məmmədov deyib:

"Müəyyən bir dövlətlərin, qurumun yığıncağında qərar çıxarılır ki, sülhməramlı kontingent yaradılsın və lazım olan yerə göndərilsin. Bunlar sadəcə olaraq Rusiyanın məhdud miqdarda hərbi kontingentidir ki, adını “sülhməramlı” qoyublar. Və bunlar bizim ərazilərimizə addım basdıqları gündən kiminlə əməkdaşlıq elədilər, həmin Qarabağdakı separatçılarla, terrorçularla, Ermənistanın hərbi birləşmləri ilə. Bu reallıqdır. Onlar kimi müdafiə elədilər və bu gün də edirlər, kimə təlim keçirlər, kimi dəstəkləyirlər, kimi ərazaqla, yanacaqla, silah-sursatla təmin edirlər, həmin o separatçı erməniləri. Belə olan surətdə bu rus kontingentinin bizim ərazilərimizdə qalmasının hər saniyəsi əleyhimizə işləyir"

Siyasət rubrikasından digər xəbərlər