Rus kosmonavt kosmosda Türkiyə bayrağını qaldırdı

08:49 30.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı kosmonavt Oleq Artyomyev Cümhuriyyət Günü münasibətilə Beynəlxalq Kosmik Stansiyada Türk bayrağını açaraq Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd edib.

Hafta.az-ın yazdığına görə, Rusiyanın Ankaradakı səfirliyi daha əvvəl Türkiyədən fotolar paylaşan rus kosmonavt Oleq Artyomyevin kosmosdan çəkdiyi həmin görüntüləri paylaşıb.

Səfirliyin sosial media hesabında #Türkiyə həştəqi ilə paylaşılan görüntülərdə bu ifadələr yer alıb: “Rusiyalı kosmonavt Oleq Artyomyev Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü Beynəlxalq Kosmik Stansiyada Türk bayrağını açaraq qeyd edib”.

İnstaqramda 1 milyondan çox izləyicisi olan Artyomyev həm rus, həm də ingilis dillərində mesaj yayımlayaraq, "29 oktyabr Türkiyənin milli bayramı olan Respublika Gününü təbrik edirəm" deyib.

Artyomyevin bu hərəkəti izləyiciləri tərəfindən yüksək qiymətləndirilib.

Artyomyev daha əvvəl Antalyanın kosmosdan çəkilmiş fotosunu “gözəl, isti şəhər” mesajı ilə paylaşmışdı.

Siyasət rubrikasından digər xəbərlər