Rus qoşunları Ukraynada daha bir müdafiə xəttini yardı

12:00 06.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya hərbçiləri DonetskdəSoledar şəhərinin müdafiəsini yarıblar. Bu barədə yanvarın 6-da səhər saatlarında WarGonzo Telegram kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Rusiya Federasiyasının RVS bölmələri Baxmutskoye qəsəbəsini nəzarətə götürərək Soledarın mərkəzinə doğru irəliləməyə nail olub. "Cinah sıçrayışlarına görə ukraynalılar mərkəzin şimalına çəkilməyə məcbur olub", - mesajda əlavə edilir.