Yazını böyüt
Yazını kiçilt
Əl-Cəzirə telekanalının məlumatına görə, çərşənbə günü Moskvada keçirilən danışıqlarda Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri arasında üçtərəfli danışıqların başa çatdığını bildirib.
İdarənin mətbuat xidməti əlavə edib ki, görüşdə Suriya böhranının və qaçqınlar probleminin həlli yolları ilə bağlı məsələlər qaldırılıb, həmçinin Suriyada ekstremist qruplarla mübarizədə birgə səylər müzakirə edilib.
Məlumatda bildirilir ki, nazirlər regionda münasibətlərin sabitləşməsi üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.