“Rusiya bilir ki, yeganə oksigeni Türk dünyası və Zəngəzur dəhlizidir”

20:40 02.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Kremldə oturanlar anlayırlar ki, Türk dünyası qaçılmaz layihədir, Türk Dövlətləri Təşkilatı  yaranmaqdadır və bu inteqrasiya sürətlənəcək. Rusiya burada vaxtilə ona başağrısı gətirən, hamilik etdiyi “erməni kartı”ndan imtina etməlidir.

Bu fikirləri hafta.az-a millət vəkili Tural Gəncəliyev deyib:

“Kremldə oturan insanlar daha ağıllı düşünərlərsə, Türk dünyası ilə əməkdaşlıq edərlərsə,  öz milli maraqlarını qorumaq, müəyyən güc mərkəzlərindən sığortalanmaq üçün Türk dünyası ilə əməkdaşlıq etməkdə maraqlı olmalıdırlar.  Rusiya istəsə də, istəməsə də Türk dünyasının bir elementi olmalıdır. Rusiyanın özündə milyonlarla türk yaşayır. Belə deyim də var:  “Rusun üstünü qaşısan, türk çıxacaq”. Yəni Rusiyanın özünün bazasında, nüvəsində, hətta  rus alimlərinin Avrasiya layihəsində türkçülük, turançılıq var. Rusiya bunu anladıqca öz maraqlarını qoruyacaq, dövlət kimi normal, funksional olaraq qalacaq. Ona görə də Rusiyanın yeganə yolu Türk dünyası ilə əməkdaşlıq, Turanla strateji əməkdaşlıqdır. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılmasında Rusiya da maraqlıdır. Avropa, Qərb, NATO  Rusiyaya qarşı sanksiyalar tətbiq edib və Rusiya bilir ki, yeganə oksigeni Türk dünyası və Zəngəzur dəhlizidir”.

Siyasət rubrikasından digər xəbərlər