Yazını böyüt
Yazını kiçilt
Rusiyada xarici agentlərin reyestrinə daxil edilmiş sahibkar və ictimai xadim Boris Zimin axtarışa verilib. Bu barədə TASS Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadən məlumat yayıb.
Sahibkarın axtarışı üçün əsas "Cinayət Məcəlləsinin maddəsi" adlandırılıb. Eyni zamanda, Daxili İşlər Nazirliyi Ziminin hansı maddə ilə axtarışa verildiyini açıqlamayıb.
Bundan əvvəl bloqqer Kamikadze Dinin federal axtarışa verildiyi məlum olub. Ona qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxtakarlıqlara görə cinayət işi başlanıb. Sentyabrın 23-də Ədliyyə Nazirliyi bloqqeri xarici agentlər siyahısına əlavə edib.