Rusiya DİN Rövşən Əsgərovu axtarışa verib

12:10 11.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?" intellektual oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərovu cinayət işi ilə bağlı axtarışa verib.

Hafta.az-ın TASS agentliyinə istinadən məlumatına görə, bu barədə nazirliyin məlumat bazasında deyilir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi aprelin 27-də R.Əsgərov barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb.

Məlumatda qeyd olunurdu ki,R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb.