Rusiya Ermənistan və Azərbaycana üçtərəfli sammit keçirməyi təklif edəcək

21:49 12.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ermənistan və Azərbaycana üçtərəfli sammit keçirməyi təklif edəcək.

Hafta.az bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Biz növbəti sammitin üçtərəfli formatda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilməsini təklif edəcəyik və ümid edirik ki, yaxın gələcəkdə onun keçirilmə tarixlərini razılaşdıra biləcəyik”, - deyə Uşakov bildirib.

O, yaxın vaxtlarda sammitin şərtlərinin razılaşdırılmasının planlaşdırıldığını vurğulayıb. Uşakov xatırladıb ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına fəal töhfə verir.

Eyni zamanda, o vurğulayıb ki, Moskva hesab edir ki, “davamlı sülhə nail olmaq və regionda bütün problemləri həll etmək üçün açar Rusiya prezidentinin fəal iştirakı ilə əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsidir”.

“Əlbəttə, biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Aİ və ABŞ bu işə müdaxilə etməyə çalışırlar. Amma onlar əsasən bizim inkişaflarımızdan istifadə edirlər və təbii ki, 2020 və 2021-ci illərdə bizim fəal iştirakımızla əsaslı razılaşmalar əldə olunub”, - deyə Uşakov əlavə edib.