Rusiya hazırda Osetiya, Abxaziya, Donbas və s. kimi separatçı qurumlara dəstək verir, hətta onları tanıyır və əməkdaşlığı genişləndirir. Digər tərəfdən, Azərbaycanla bağlı situsiya tamam fərqlidir.
Bu fikirləri hafta.az-a beynəlxalq analitik Teymur Qasımlı deyib:
"Bu gün özü də çətin günlərdən keçən rəsmi Moskva nə Qarabağdakı bu oyuncaq qurumu, nə də onun keçirdiyi qanunsuz “seçki”ləri rəsmən tanıyar. Unutmayaq ki, həmin separatçı quruma bugünədək bəzən “sülhməramlı” adı ilə birbaşa, bəzən də dolayısı dəstək verən Rusiyadır. Rusiyanın Qarabağda olan hərbi kontingenti də ancaq Kremldən gələn əmrləri yerinə yetirir. Xankəndidə növbəti qanunsuz “seçki” keçiriləcəyi halda da Putin hansı tapşırığı verəcək, hərbi kontingent də onu icra edəcək. Təbii ki, “seçki”lərin keçirilməsinə mane olmayacaqlar. “Seçki”lərin durdurulmasını yalnız rəsmi Bakı tələb etməlidir..."