Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə atəşkəsin mütəmadi olaraq pozulması və xüsusən gecələr gərginlik yaranması səbəbindən Zod(Söyüdlü) qızıl mədəninin Ermənistan ərazisində qalan hissəsində işləyən fəhlələr bu gün təcili olaraq təxliyə edilib.
Hafta.az xəbər verir ki, erməni mediası bu haqda sözügedən mədənin istismarını həyata keçirən Rusiyanın "GeoProMining Gold” şirkətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“Sərhəddə ciddi gərginlik yaşandığı, mütəmadi nizamsız atəşlər açıldığını və işçilərin sərhəddəki döyüş mövqelərinə yaxın ərazidə çalışdıqlarını nəzərə alan şirkət rəhbərliyi fəhlələri təxliyə etməyə qərar verdiyini bildirib. İşçilərdən heç biri xəsarət almayıb. Təxminən 150 fəhlə təxliyyə edilib”- xəbərdə belə deyilir.