Yazını böyüt
Yazını kiçilt
Rusiyanın mülki aviasiya qurumu olan "Rosaviasiya" bu gün Rusiyadan birbaşa uça biləcək xarici ölkələrin siyahısını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, siyahıya əsasən Rusiyada dünyanın 22 ölkəsinə fasiləsiz sərnişin və yük uçuşları edilə bilər. Həmin ölkələrdən sadəcə ikisi Amerika qitəsində yerləşir - Venesuela və Kuba. Qalan bütün ölkələr Asiya və Afrikanı əhatə edir. Siyahı aşağıdakı kimidir:
Azərbaycan, Ermənistan, Belarus, Venesuela, Misir, İsrail, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Kuba, Laos, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Seyşel adaları, Tailand, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan və Şri Lanka.