Yazını böyüt
Yazını kiçilt
Dörd sərnişin avtobusu 2020-ci ilin fevral ayından bəri ilk dəfə dənizkənarı Kraskino keçid məntəqəsində (buraxılış məntəqəsi) Rusiya-Çin sərhədini keçib. COVID-19 pandemiyasının yaratdığı üç illik fasilədən sonra quru sərhədinin açılması barədə RİA Novosti Ussuri gömrük idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, gömrükçülər iki avtobusu Çinə, ikisini isə Rusiyaya getmək üçün icazə veriblər. Ümumilikdə 28 Çin vətəndaşı Kraskino keçid məntəqəsində sərhədi keçib. “10 nəfər Rusiyanı tərk edərək Çinə, 18 nəfər Rusiya ərazisinə daxil olub”, - mətbuat xidmətindən bildirilib.